7 yanvar 2013 11:45
Arif İsayev Denizlisporla müqavilə imzalayacaq
Futbol üzrə Azərbaycan yığmasının və AZAL-ın sabiq yarımmüdafiəçisi Arif İsayev Türkiyənin “Denizlispor” klubu ilə müqavilə imzalamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, müqavilənin müddəti ilyarımlıq nəzərdə tutulub.
Qeyd edək ki, İsayev bir neçə gün idi ki, PTT Birinci Liqa klubunun düşərgəsində baxışda idi. Baxışda olduğu müddətdə o, məşqçilər korpusunun diqqətini cəlb edə bilib.
Maraq üçün bildirək ki, “Denizlispor”da Rail Məlikov da çıxış edir.
