8 yanvar 2013 00:01
2012-ci ilin rəmzi yığması açıqlandı
FİFA 2012-ci il üçün dünyanın rəmzi yığma komandasını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda İspaniyanın "Real" və "Barcelona" klublarının beş futbolçusu yer alıb.
Sürixdə təşkil olunan mərasimdə bildirilib ki, rəmzi yığmaya aşağıda futbolçuların adları salınıb:
İker Kasilyas (Real, İspaniya), Dani Alves (Barcelona, İspaniya), Xerard Pike (Barcelona, İspaniya), Serxio Ramos (Real, İspaniya), Marselo (Real, İspaniya), Xabi Alonso (Real, İspaniya), Xavi (Barcelona, İspaniya), İnyesta (Barcelona, İspaniya), Lionel Messi (Barcelona, İspaniya), Radamel Falkao (Atletico, İspaniya), Kristiano Ronaldo (Real, İspaniya).
