8 yanvar 2013 00:17

Dördüncü dəfə dünyanın ən yaxşı futbolçusu – Messi!

FİFA 2012-ci il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb. Azerisport.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın ən güclüsü bəlli olub.
 
"Qızıl top" uğrunda gərgin mübarizə "Barcelona"dan (İspaniya) Lionel Messi və Andres İnyesta, "Real"dan isə Kriştiano Ronaldo arasında gedib. Həmin oyunçunun adını isə “Qızıl top”un 2004-cü ildəki qalibi Andrey Şevçenko açıqlayıb. Yekun nəticədə Messi qalib olub. Bununla da o, futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi düşüb.
 
Qeyd edək ki, bununla yanaşı ötən gün dünyanın ən yaxşı məşqçisinin də kimliyinə aydınlıq gəlib. Bu ad uğrunda isə Visente del Boske (İspaniya), Pep Qvardiola (Barcelona) və Joze Mourinyo (Real) yarışıblar. Birinci yeri Visente del Boske tutub.
 
İlin ən yaxşı qolu nominasiyasında da qalibin adı bəlli olub. Digər nominasiyalarda olduğu kimi FİFA Puşkas mükafatına da üç namizəd var idi. Radamel Falkao (Atletico), Neymar (Santos) və Miroslav Stokun (Fenerbahçe) vurduğu qollardan biri "ilin ən yaxşısı" seçilib. Beləcə, ilin ən yaxşı qolu mükafatı Miroslav Stoka verilib. 
 
2012-ci ilin ən yaxşı kişi baş məşqçisi: Visente del Boske (İspaniya)
 
2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)
 
2012-ci ilin rəmzi yığma komandası: İker Kasilyas, Dani Alveş, Xerard Pike, Serxio Ramos, Marselo, Xabi Alonso, Xavi, Andres İnyesta, Lionel Messi, Kristiano Ronaldo, Radamel Falkao
 
FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer
 
2012-ci ilin ən yaxşı qolu: Miroslav Stok (Fenerbahçe)
 
2012-ci ilin ən yaxşı futbolçusu: Lionel Messi

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.