7 yanvar 2013 12:16
Cavid Hüseynov 90 dəqiqə oynadı, qələbəyə sevindi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Türkiyənin “Adana Demirspor” klubunun heyətində növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz “Konyaspor”la yoxlama oyununun iştirakçısı olub.
Qarşılaşma “Adana Demirspor” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavid isə 90 dəqiqə meydanda olub.
