7 yanvar 2013 12:48
Məlikov 90, İsayev 70 dəqiqə oynadı
Türkiyənin “Denizlispor” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan PTT Birinci Liqa komandası “İnegölspor”la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Dənizli təmsilçisinin əsas heyətində iki azərbaycanlı futbolçu meydana çıxıb. Bunlar Rail Məlikov və Arif İsayev olub. Komandanın əsas heyət üzvü olan Rail 90 dəqiqə oynayıb. Arif isə 70 dəqiqə meydanda olub.
