7 yanvar 2013 12:53
Arif İsayev Denizlispor ilə müqavilə imzaladı (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev bu gün Türkiyənin “Denizlispor” klubu ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu barədə futbolçu öz Tvitter səhifəsində məlumat yayıb:
“Mən bura ona görə gəlmişəm ki, “Denizlispor”a layiqli oyunçu olum və uğur qazanım”.
“Mən bura ona görə gəlmişəm ki, “Denizlispor”a layiqli oyunçu olum və uğur qazanım”.
Qeyd edək ki, İsayev qışa qədər AZAL-da çıxış edirdi. “Denizlispor”da Ariflə yanaşı daha bir azərbaycanlı futbolçu – Rail Məlikov da çıxış edir.
