8 yanvar 2013 00:56
Simurq David Petrkeviçlə bağlı bəyanat yaydı
“Simurq” bəyanat yayıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu bəyanatda polşalı qapıçı David Petrkeviçin Azərbaycan yığmasına dəvət alması barədə xəbərlərə rəsmi mövqe açıqlanıb:
“Simurq” Peşəkar Futbol Klubu olaraq rəsmi şəkildə bildiririk ki, komandamızın polşalı qapıçısı David Petrkeiviçin yığma komandaya dəvət olunması haqqında AFFA tərəfindən heç bir müraciət göndərilməyib. Mətbuatda bu haqda gedən məlumatlar yalan informasiyadı. Çox təəssüf edirik ki, futbolçumuzun ölkəsində verdiyi müsahibə səhv tərcümə edilib. Yaxın günlərdə David şəxsən bu məsələ haqqında açıqlama verəcək”.