7 yanvar 2013 13:19
Arif İsayev: Rail Məlikov kimi, Denizlisporun əsas heyət oyunçusu olmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev azerisport.az saytına müsahibəsində Türkiyənin “Denizlispor” klubuna transferindən danışıb:
- Sizi artıq yeni klub tapmağınız münasibətilə təbrik etmək olar?
- Düzünü deyim ki, mən müqavilə bağlayacağımı çoxdan bilirdim. Sadəcə, bunun tam rəsmiləşməsini gözləyirdim. Bayrama görə, gözləmək lazım idi. Artıq özümü “Denizlispor”un oyunçusu hesab edirəm.

- Maliyyə baxımından uduzmadınız?
- Mən bura gələndə nə qədər qazanacağımı düşünmürdüm. Bura sadəcə futbol oynamağa gəlmişəm. Amma əgər bilmək istəyirsizsə, elə Azərbaycandakı qədər qazanacağam.

- “Denizlispor”un heyətindəki ilk oyununuz necə alındı?
- Deməzdim ki, “İnegölspor”a qarşı fantastik matç keçirdim. İlk oyun üçün normal idi. Əlbəttə, özümü tam olaraq göstərə bilmədim. Çətin ki, kimsə məndən bunu gözləyərdi. Birinci hissədə sol, ikinci yarıda sağ cinahda çıxış edirdim. Daha sonra mənim əvəzimdə baxışda olan bir futbolçunu meydana buraxdılar. Hələ tam hazır deyiləm. Amma tezliklə əvvəlki Arif İsayevi görə biləcəksiz. Təlim-məşq toplanışı zamanı daha iki sınaq oyunumuz olacaq.

- Əsas heyətə düşmək çətin olmayacaq ki?
- Asan olmayacaq. Amma mən buna hazıram. Hazırlaşacağam. Rail kimi, mən də əsas heyət üzvü olmaq istəyirəm.

- Yəqin ki, Railin bu komandada olması uyğunlaşmağınıza daha çox yardımçı olacaq...
- Şübhəsiz. Onun burda olması böyük üstünlükdü. Məni də komandada çox yaxşı qarşıladılar. Elə təəssürat yaranıb ki, artıq iki ildi burda oynayıram.
- Raillə birgə yaşayacaqsız?
- Xeyr. Bazada tək qalacağam. Yolda vaxt itirmək istəmirəm. Ailəm olmadığına görə, işim asan olacaq.

- Yəqin ki, bundan sonra Raildən fərqli Azərbaycan yığmasına da dəvət ala biləcəksiz...
- Məlikovun yığmaya niyə çağırılmadığını bilmirəm. Amma mən bir nömrəli komandamıza qayıtmağımı çox istərdim. Öz şansımı gözləyirəm. Bunun üçün isə öz klubumda mütəmadi oynamağım lazımdı.