7 yanvar 2013 16:06
Yığmamız Çexiya ilə sülh bağladı (YENİLƏNİB)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Çexiya komandası ilə qarşılaşıb.
Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun sülhlə bitib.
Xatırladaq ki, ilk oyunda Litva komandasını 3:2 hesabı ilə məğlub edən yığmamız qrup lideri olmaq şansına malikdi. Futbolçularımızın bugünkü rəqibi olan Çexiya komandası isə Ukrayna yığmasına qarşı keçirdiyi ilk oyununu heç-heçə başa vurmuşdu – 3:3.
Qeyd edək ki, bu gün yığmamızın qrupunda daha bir oyun baş tutub. Ukrayna Litvanı 4:0 hesabı ilə məğlub edib.
Valentin Qranatkinin xatirə turniri
A qrupu
7 yanvar
AZƏRBAYCAN - ÇEXİYA - 1:1 (0:1)
Qol: R.Nəsirli, 53.
Yığmamız oyuna bu heyətlə çıxıb: 1. Eyyub Əliyev, 3. Şirməmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Elvin Bədəlov, 6. Kamran Abdullazadə, 7. Namiq Ələsgərov, 9. Coşqun Diniyev, 10. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 13. David Qarayev, 17. Şamil Camaləddinov.
Oyun başladı
13. Yığmamız erkən qola üzülür - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
53. Millimiz cavab qolu ilə hesabı bərabərləşdirir - 1:1
72. Yığmamızın üzvü B.Nəsirov qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyur
Matç başa çatdı
