7 yanvar 2013 13:45
Şütz əməliyyata, Adamiya isə Almaniyaya
Bir neçə gündən sonra “İnter” təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, Gəncə şəhər stadionunda oyun öncəsi keçirilən məşq zamanı zədə almış komandanın forvardı Tales Şütsün toplanışda iştirak etməməsi istisna olunmur.
Çünki braziliyalı futbolçu təkrar əməliyyat keçirəcək. Əlavə edək ki, Tales Şüts Braziliyada əməliyyat olunacaq.
Zədə üzündən son 4 ay meydançalardan uzaq düşmüş “İnter”in digər futbolçusu Giorgi Adamiya isə təkrar tibbi müayinədən keçmək üçün bu günlərdə Almaniyaya gedəcək.
