7 yanvar 2013 14:14
Bakının rəqibləri məlum oldu
14-28 yanvar tarixlərində Antalyada təlim-məşq toplantısı keçirəcək Bakı 3 yoldaşlıq oyununda meydana çıxacaq. Azerisport.az xəbər verir ki, ilk yoxlama oyunu 19 yanvar tarixində baş tutacaq.
Həmin gün komandanın rəqibi Almaniyanın "Dinamo" Drezden klubu olacaq.
Təlim-məşq toplantısı çərçivəsində sonuncu oyun yanvarın 27-nə planlaşdırlırıb. Xorvatiyanın "Osiek" klubu ilə qarşılaşma ilə 14 günlük təlim-məşq toplantısına yekun vurulacaq.
Daha bir sınaqçı rəqibin adı yaxın günlərdə məlum olacaq. Bu oyun 22 və ya 23 yanvar günündə keçiriləcək.
