7 yanvar 2013 14:37
Kəpəz də Dalğa Arenaya köçür
“Kəpəz” Topaz Premyer Liqasının qalan dövründə ev oyunlarını harada keçirəcəyini hələ də tam müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, komanda yanvarın 11-də bir araya gələcək.
Məhz bundan sonra komandadan kimlərin gedəcəyi, kimlərin qalacağı bəlli olacaq. Həmçinin klub rəhbərliyi komandanın ev oyunlarını harada keçirəcəyinə də aydınlıq gətirəcək. Çünki Gəncə şəhər stadionunun durumu heç də ideal vəziyyətdə olmadığından, Peşəkar Futbol Liqası bu arenaya qadağa qoyub. Hazırda “Kəpəz”in ev oyunlarını keçirməsi üçün ən real variantlardan biri “Dalğa Arena” hesab olunur.
