7 yanvar 2013 16:23
Bakının sabiq forvardı Braziliya klubunda
“Bakı”nın sabiq hücumçusu Jabanın İranın “Traktorsazi” klubuna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, tərəflər müqavilə bağlamağa çox yaxın olsalar da, 32 yaşlı forvard bundan imtina edib.
Belə ki, Jaba vətəni Braziliyaya qayıtmağa qərar verib. O, D Seriyasında mübarizə aparan “Araponqas”la müqavilə imzalayıb.
Qeyd edək ki, Jaba “Bakı”dan ayrılandan sonra yenidən Türkiyəyə qayıtsa da, qardaş ölkədəki bu dəfəki kayerası uğurlu alınmadı.
