7 yanvar 2013 16:41
Neftçi çexiyalı futbolçu ilə güclənə bilər
Azərbaycan çempionu “Neftçi” Çexiyanın “Slaviya” klubunun müdafiəçisi Martin Latkanı heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, tərəflərin qış fasiləsi zamanı razılığa gəlməsi istisna olunmur.
Qeyd edək ki, 1984-cü ildə anadan olan Latka 2002/2003 mövsümündə “Dynamo České Budějovice” klubunda 22 oyun keçirib və 3 qol da vurub. Elə həmin vaxt “Slaviya”ya keçən futbolçu 2006-cı ilə qədər burda 102 oyun keçirib (8 qol). 2006-cı ildə o, İngiltərənin “Birmingham” komandasına icarəyə verilib və Premyer Liqada 6 oyunda forma geyinib. 2009–2011-ci illər aralığında Yunanıstan “Panionios”unda (45 oyun, 3 qol) top qovan Martin 2011-ci ildə yenidən “Slaviya”ya qayıdıb. 33 oyuna 4 qol vurmuş futbolçunun Azərbaycan çempionuna keçib-keçməyəcəyi yaxın günlərdə müəyyənləşəcək.
Xatırladaq ki, Latka Çexiya yığmasında da bir oyuna çıxıb.
