7 yanvar 2013 16:50
Simurqun 2 futbolçusu yığma komandamıza dəvət olundu
"Simurq" Peşəkar Futbol Klubunun futbolçuları Murad Səttarlı və Nicat Qurbanov yığmaya dəvət edilib. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Onlar 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının 2013-cü il yanvarın 23-dən fevral ayının 1-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
