7 yanvar 2013 17:02

Sebastyan Milya: Bu, onun və Neftçinin nə qədər qeyri-peşəkar olmasından xəbər verir

Polşanın “Slensk” klubunun yarımmüdafiəçisi Sebastyan Milya Azərbaycan çempionu “Neftçi”yə keçəcəyi barədə xəbərləri təkzib edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Siz nə vaxtsa məndən “Neftçi”yə keçəcəyim barədə söz eşitmisiz? Mən belə söz deməmişəm. Düzdü, mənə Azərbaycana təklif olub. Amma bu, o, demək deyil ki, mənə yalnız bu klubdan təklif gəlib. Bəlkə, “Neftçi” özünü Azərbaycanın yeganə klubu hesab edir”?

Maraq üçün bildirək ki, bir müddət öncə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da Milyanı transfer etmək istəmələri barədə xəbərləri qətiyyətlə təkzib etmişdi. Özü də o, Milyaya ehtiyac duymadıqlarını kəskin şəkildə bildirmişdi: “Milya kimdi ki, biz ona 450 min avro ödəyək? Biz bu futbolçuya heç 4,5 avro da ödəmərik”.

Görünür, Milya da məhz həmin açıqlamadan sonra belə kəskin reaksiya verməyi qərara alıb: “Messiyə Ronaldonun onun haqda nə düşünməsi maraqlı olmadığı kimi, mənə də “Neftçi”də haqqımda nə düşündükləri maraqlı deyil. Əgər onların vitse-prezidenti belə açıqlama veribsə, bu, onun və klubunun nə qədər qeyri-peşəkar olmasından xəbər verir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.