8 yanvar 2013 17:28
Şahin Diniyev: Bu, sadəcə ucuz piardı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev qış transfer bazarındakı fəallıqdan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda transfer xəbərlərinin əksəri özünüreklam xarakteri daşıyır. Xüsusilə menecerlər öz müştərilərini reklam etmək üçün belə ucuz vasitələrdən çox istifadə edirlər. Bu, onların siyasətidi. Hansısa futbolçunun müqaviləsinin başa çatması həm həmin oyunçunun, həm də menecerlərinin xeyrinə işləyir. Çünki onlar razılığa gələcəkləri klubla sərfəli müqavilə bağlamaq şansı qazanırlar. Bu zaman futbolçunun müxtəlif komandalara keçmək üzrə olduğu haqda yayılan xəbərlər isə sadəcə qiyməti artırmaq baxımından önəm daşıyır və onlar bundan qazanırlar”.

Diniyevin fikrincə, belə xəbərlərin yayılmasında sarı mətbuatın da xüsusi rolu var: “Mətbuat da belə oyunçulara maraq göstərir və həmin işin iştirakçıları bundan xeyli irəli düşmüş olurlar. Klub rəhbərləri də buna inanırlar. Eləcə də çoxları bu və digər uduz piarlara inanmalı olurlar”.