8 yanvar 2013 17:47
Sumqayıtın iki rəqibi və baxışa çağırdığı bir futbolçu bəlli oldu
“Sumqayıt” qış hazırlıq prosesi zamanı qarşılaşacağı sınaqçı-rəqiblərdən ikisinin kimliyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Bernard Raabın komandası yanvarın 26-da Bakıda “Rəvan”la üz-üzə gələcək.
Fevralın 2-də isə Sumqayıt təmsilçisini “Kəpəz”lə görüş gözləyir. Lakin sumqayıtlılar hazırlıqlar zamanı daha bir neçə sınaq matçı keçirməyi planlaşdırırlar.
“Sumqayıt” həmçinin yeni futbolçuları da sınaqdan keçirəcək. Belə ki, gənclik şəhəri təmsilçisi 23 yaşlı yarımmüdafiəçi Röyal Əliyevin yolunu gözləyir. Bu futbolçu Estoniyanın “Kalev” klubunda çıxış edir. O, yanvarın 13-dən sonra Bakıya gələcək.