8 yanvar 2013 18:01
Xəzər Lənkəranın hazırlıq planları açıqlandı
Cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə “Xəzər Lənkəran” Türkiyənin Antalya şəhərinə yola düşəcək. Azerisport.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı 13 yanvar tarixində başlayıb, 5 fevralda bitəcək.
Qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcək.
Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. Belə ki, “Xəzər Lənkəran” 19 yanvar tarixində Moldovanın “Rapid” klubu, 22 yanvar tarixində Ukraynanın “Krivbass” klubu, 30 yanvar tarixində isə Çexiyanın “Pribram” klubu ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan başqa, komandanın 26 yanvar və 2 fevral tarixlərində daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.
Xatırladaq ki, XL bu müddət ərzində Antalyada məşhur “Ela Quality Resort Hotel”də qalacaq.
