8 yanvar 2013 18:12
Serbiyalı futbolçu Azərbaycan yolunda
Serbiyanın “Radniçki” klubunun yarımmüdafiəçisi Stanimir Miloşkoviç bu qış fasiləsi zamanı Azərbaycan klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstan klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, Miloşkoviçə Yunanıstan və Azərbaycan klublarından təklif gəlib. Lakin 30 yaşlı futbolçunun bu variantlardan hansına üstünlük verəcəyi hələlik dəqiq bilinmir.
