8 yanvar 2013 18:41
“Qəbələ Rauf Əliyevlə danışıqlar aparmağa hazırdı”
“Qəbələ”nin meneceri Zaur Əzizov “Qarabağ”ın hücumçusu Rauf Əliyevi transfer etmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bir ara onunla maraqlanmışdıq. Amma Əliyevin “Qarabağ”la müqaviləsi var idi. Ona görə də, biz sona qədər getmək istəmədik. Lakin o, azad agent olsa və “Qəbələ”də oynamağı arzulasa, klubumuz Raufla danışıqlar aparmağa hazırdı. Fikrimcə, istənilən klub Azərbaycan yığmasının futbolçusunu heyətində görmək istərdi”.