8 yanvar 2013 19:15
Neftçi Krasnodarla qarşılaşacağı barədə xəbərləri təkzib etdi
Rusiyanın “Krasnodar” klubu maraqlı məlumat yayıb. Azerisport.az xəbər verir ki, qonşu ölkə klubunun rəsmi saytı komandanın hazırlıq planlarını açıqlayarkən bəyan edib ki, yanvarın 24-də Azərbaycan çempionu “Neftçi” ilə görüşə bilər.
Ən maraqlısı isə, bu görüşün Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyi ilə bağlıdı. Çünki “Krasnodar” yanvar ayında məhz bu ölkədə təlim-məşq toplanışında olacaq.
Lakin “Neftçi” qış hazırlıq prosesini Dubayda yox, Antalyada həyata keçirəcək. Klubdan aldığımız məlumata görə, “Krasnodar”la yoxlama görüşü nəzərdə tutulmayıb və ayın 24-də də “ağ-qaralar”da istirahət günü olacaq.
