8 yanvar 2013 11:17

Berti Foqts yanlış, Rəşad Sadıqov düzgün seçim etdi

Xəbər verdiyimiz kimi, ötən gecə futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barcelona” klubunun hücumçusu Lionel Messi FİFA-nın versiyasına görə ardıcıl dördüncü dəfə dünyanın ən yaxşı futbolçusu adına – “Qızıl Top”a layiq görüldü. Azerisport.az xəbər verir ki, respondentlərin 41,6 faizi məhz argentinalı futbolçuya səs veriblər.
 
İkinci yeri Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo tutub - 23,68 faiz. Üçüncü yeri isə İspaniya millisinin və “Barcelona”nın yarımmüdafiəçisi Andres İnyesta tutub – 10,91.
 
Maraq üçün bildirək ki, dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsindən Azərbaycan yığmasının baş məşqçisi ilə kapitanının da iştirakı olub. Belə ki, Berti Foqtsla Rəşad Sadıqov da səsvermədə iştirak ediblər. Yığmamızın almaniyalı çalışdırıcısı birinci yerə Andres İnyestanı, ikinci yerə Kristiano Ronaldonu, üçüncü yerə isə Xavi Ernandesi (Barcelona, İspaniya) layiq görüb. Qalib Messi isə heç onun ilk üçlüyünə də düşməyib.
 
Sadıqova gəlincə, o, dünyanın ən yaxşı futbolçularını tam dəqiqliklə müəyyənləşdirib. Belə ki, “Qarabağ”ın kapitanı birinci yerə Messini, ikinci yerə Ronaldonu, üçüncü yerə isə İnyestanı layiq görüb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.