8 yanvar 2013 11:36
Yığmamızın yarımmüdafiəçisi sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir zədələnib. Azerisport.az xəbər verir ki, o, Almaniyanın “Hannover” klubunun əsas komandasının yoldaşlıq oyununda sıradan çıxıb.
Almaniya təmsilçisi Hollandiyanın “Herenven” klubu ilə qarşılaşıb. Gökdəmir bu görüşün ikinci hissəsində meydana çıxıb. Millimizin üzvünün nə dərəcədə ciddi zədə aldığı barədə isə hələlik dəqiq məlumat yoxdu.
