8 yanvar 2013 11:49
İnterin sabiq futbolçusu keçmiş klubuna qayıtdı
“İnter”in sabq müdafiəçisi Haynts Barmettler özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, yenidən əvvəlki klubuna qayıdıb.
Belə ki, Barmettler bundan sonra yenə “Vaduts”da çıxış edəcək. Artıq 25 yaşlı müdafiəçi Lixtenşteyn təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Barmettler “İnter”ə yayda gəlsə də, paytaxt təmsilçisində möhkəmlənə bilmədi.
