8 yanvar 2013 12:57
Hannoverin baş məşqçisi millimizin futbolçusunu təriflədi
Almaniyanın “Hannover” klubunun baş məşqçisi Mirko Slomka futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizin üzvünün Hollandiya “Herenven”i ilə oyundakı çıxışını belə qiymətləndirib:
“Əli Gökdəmir göstərdi ki, o, çox istedadlıdı. Lakin çox təəssüf ki, zədə aldı. Əli dayaq yarımmüdafiəçisi mövqeyinə çox uyğun futbolçudu”.
“Əli Gökdəmir göstərdi ki, o, çox istedadlıdı. Lakin çox təəssüf ki, zədə aldı. Əli dayaq yarımmüdafiəçisi mövqeyinə çox uyğun futbolçudu”.
