8 yanvar 2013 13:12

Rodriqinyo: Neftçidə ailəmə görə oynayırdım

“Neftçi”nin sabiq yarımmüdafiəçisi Rodriqinyo Braziliyanın B Seriyasında çıxış edən “Sport Resife” klubuna keçidi öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan klubuna keçidindən də danışıb.

Maraq üçün qeyd edək ki, Braziliya klubunun fanatları Rodriqinyonun yenidən bu komandaya qayıtmasını o qədər də xoş qarşılamayıblar. “Neftçi”nin sabiq futbolçusu 2006-cı ildə də “Sport Resife”də çıxış edib. Rodriqinyo öncə azarkeşlərin bu reaksiyasına münasibət açıqlayıb:

“Bu cür münasibəti normal qarşılayıram. Çünki mən bu klubu artıq bir dəfə tərk etmişdim. İndi yenidən komanda üçün nə edə biləcəyimi demək istəməzdim. Hər şeyə meydanda aydınlıq gələcək. Bilirəm ki, “Sport”un tərəfdarları çox fanatikdilər”.

30 yaşlı futbolçu Azərbaycanı seçməsinin səbəblərindən danışarkən bunları dilə gətirib: “Futbol onda yaxşıdı ki, orda hər cür imkanlar var. Məni tənqid edənlərin ağzını bağlaya bilmərəm. Ancaq sizin futbol oynamaq, həyatda lazım olan qazancı əldə etmək, ailəni təmin etmək şansınız varsa, onda sənə ödəniş edən kluba kömək etmək olar”.
 
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi “Neftçi”də uzun müddət zədəli olduğundan meydana çıxmadı. Elə məhz bu üzdən də paytaxt klubu Rodriqinyo ilə yolları ayırmağa qərar verdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.