9 yanvar 2013 01:09
Mahir Şükürov: Rusiyada oynamaq çox çətindi
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov futbol üzrə Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın arxa xətt oyunçusu Ruslan Abışovun Rusiyanın “Rubin” klubuna keçmək şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, bu transferlə bağlı heç nə bilmirəm. İstənilən halda, Abışova uğurlar arzulayıram. Qeyd etməliyəm ki, Rusiyada oynamaq çox çətindi. Azərbaycanlı futbolçular üçün isə ikiqat çətin olur. Rusiya çempionatının səviyyəsi son illərdə çox qalxıb. Komandaların heyətində çox güclü legionerlər çıxış edirlər. Ona görə də əsas heyətə düşmək çox çətin olur”.