8 yanvar 2013 13:30
Topaz Premyer Liqası 84-cü oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionatı yeni siyahıda xeyli irəliləyib.
Belə ki, hazırda Topaz Premyer Liqası 84-cü yerdə gedir. Çempionatımız 126 milli birincilik arasında 250 xala malikdi.
Bütövlükdə isə siyahıya İspaniya La Liqası başçılıq edir – 1283 xal. İkinci yerdə Braziliya çempionatı (1057), üçüncü yerdə Almaniya Bundesliqası (1037) gedir.
