8 yanvar 2013 13:54
“Bu səbəbdən Qəbələni seçərkən tərəddüd etmədim”
“Qəbələ” 2013-cü ilin ilk transferi - Ceyhun Sultanov bu keçidlə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Qəbələ" hazırda şəraitinə, həm yerli, həm legioner futbolçularının səviyyəsinə və futbola ayırdığı diqqətə görə ölkənin ən öndə gələn klublarındandır. Bu səbəbdən "Qəbələ"ni seçərkən tərəddüd etmədim. Təcrübəmdən yararlanaraq yeni komandama kömək etməyə çalışacağam. Klubun hədəflərindən xəbərdaram. İnanıram kı, eyni hədəfə köklənib istədiyimiz nəticələri qazanacağıq və "Qəbələ"ni Avropada təmsil etmək imkanı əldə edəcəyik".
