8 yanvar 2013 15:08
Adrian Pit: Rednikdə seçim imkanı Bakesə nisbətən daha çox idi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit müsahibəsində cənub klubuna keçidindən, komandadakı durumundan, ölkəmizdən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Vaxtilə siz “Xəzər Lənkəran”ın təklifini çox rahatlıqla qəbul etdiniz. Bunun əsas səbəbi nə oldu?
- O vaxt “Universitatea Cluj”da sol cinah yarımmüdafiəçisi Boştinya idi. Buna görə də məni ikinci hücumçu kimi istifadə edirdilər. Amma mən hücumçu deyiləm. Özümə doğma olan cinahımda çıxış etməyi daha çox xoşlayıram. O vaxt klubla üç illik müqaviləm var idi. Amma siz bilirsiz ki, Rumıniyada belə müqavilələr adi sözdən artıq bir şey deyil. Azərbaycana getməyimə görə təəssüflənmirəm. “Xəzər Lənkəran”dakı ilk ilimdə mən kubok qazandım. Ötən mövsüm ən yaxşı yarımmüdafiəçi seçildim. Bu mövsüm biz o qədər də yaxşı çıxış etmirik. Lakin cəmi bir hücumçu ilə çıxış etdiyimizə görə bizə çox ağırdı.

- Bir ara Lənkəranda xeyli rumıniyalı futbolçu cəmləşmişdi...
- Bəli, bu Mirça Rednikin zamanında idi. Əla heyətimiz vardı. Təəssüf ki, sonradan dağılışdılar.
- Azərbaycan futbolu haqda elə də çox şey bilmirik. Siz bu çempionat haqda nə deyə bilərsiz?
- Mən həm fikizi, həm də psixoloji cəhətdən tam olaraq Azərbaycanda bərpa olundum. Amma matç matça oxşamır. Bəzən elə olub ki, lazım gəldiyi üçün müdafiədə də oynamalı olmuşam. Hərdən başqa mövqelərdə də çıxış etmək məcburiyyətində qalmışam. Mənim fikrimcə, Bakı ən gözəl şəhərlərdən biridi. Mən Dubayda, eləcə də dünyanın bir çox şəhərlərində olmuşam. Amma Bakı tam fərqli qurulur. Ölkənin digər şəhərləri də inkişaf edir. Bu, futbolda da belədi. Əgər söz verirlərsə, edirlər. Hansı ki, Rumıniyada belə deyil. Azərbaycanda ötən il 17 yaşadək qızlar arasında dünya çempionatı keçirildi. “Xəzər Lənkəran” ölkənin ən yaxşı şəraitə malik olan komandalarından biridi.

- “Xəzər Lənkəran”da Rumıniya çempionatından daha hansı futbolçular var?
- Bəli. Eder Bonfim hazırda zədəsini sağaltmaqla məşğuldu. Adrian Skarlatake də bizimlədi. Xorvatiyalı, afrikalı, serbiyalı oyunçularımız var. Amma bu çempionatda legionerlərə limit var. Əsas heyətdə mütləq 4 yerli futbolçu yer almalıdı. Onlardan da biri mütləq 21 yaşadək olmalıdı.

- Bəs çempionatın formatı necədi?
- 12 komanda iki dövrədən ibarət oyunlar keçirir. Sonra komandalar altılıqlara bölünürlər. İlk altı komanda medallar uğrunda, qalan altısı isə elitada qalmaq uğrunda mübarizə aparır.

- Azərbaycanlı futbolçular haqda nə deyə bilərsiz?
- Onların bəzisinin Rusiya çempionatında oyun təcrübəsi var. Komandamızın beş üzvü Azərbaycan yığmasının üzvləridi. Fikrimcə, Azərbaycan millisi yaxın gələcəkdə daha çox qələbə qazanacaq. Milliləşdirilmiş futbolçular da var. Azərbaycanda yeni arenalar da tikilir. Məsələn, “Neftçi” artıq yeni arenada çıxış edir. “Bakı”nın, “İnter”in öz stadionu var.

- İstirahətdən sonra nə edəcəksiz?
- Yanvarın 14-də komanda Antalyada hazırlıqlara başlayacaq. Bu hazırlıq bizim üçün vacibdi. Bu toplanışın gedişi zamanı komandaya 2-3 futbolçu da gələ bilər. Rednikin dövründə oyunçu seçimi daha geniş idi. İndi isə vəziyyət fərqlidi. Bu mövsüm xeyli xal itkisi ilə üzləşmişik. Səhvlərimiz çox olur.

- Gələcək planlarınız necədi?
- Mənim “Xəzər Lənkəran”la hələ ilyarımlıq müqaviləm qalır. Ondan sonra da bu klubda qalacağıma ümid edirəm. Mən hiss edirəm ki, burda sevilirəm. Əgər belədisə, niyə getməliyəm? Çünki futbolçu üçün əsas məqamlardan biri onun sevilməsi, dəstəklənməsidi.