8 yanvar 2013 15:29
Qarabağ Antalyada altı sınaq matçı keçirəcək
Dekabrın 20-dən istirahətə buraxılan "Qarabağ" sabahdan qış fasiləsini başa vurur. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 9-da təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
Antalya şəhərində məskunlaşacaq komanda orada 26 gün hazırlıq prosesində olacaq. Qurban Qurbanovun komandası qardaş ölkədə 6 yoxlama matçı keçirəcək.
“Qarabağ” yanvarın 19-da Rusiyanın “Ural”, 24-də Ukraynanın “Hoverla”, fevralın 1-də Gürcüstanın “Zestafoni”, 2-də Moldovanın “Tiraspol” klubları ilə qarşılaşacaq.
Digər iki oyun yanvarın 26 və 29-da baş tutacaq. Amma hələlik rəqiblərin kimliyi bəlli deyil.
