8 yanvar 2013 15:35
Ruslan Abışov sabah Rubin ilə müqavilə imzalaya bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov bu gün Rusiyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, o, “Rubin”lə danışıqlar aparmaq üçün Kazana gedəcək.
Sabah o, Tatarıstan təmsilçisi ilə müqavilə də imzalaya bilər. Hər şey danışıqların müsbət sonuclanmasından asılı olacaq.
Qeyd edək ki, Lənkəran klubu Abışova görə rəsmi təklif alacaqları halda onun qarşısını kəsməyəcəklərini bəyan etmişdi.
