8 yanvar 2013 15:49
“Bu mövsüm Neftçi ilə üçüncü çempionluğu da bayram edəcəyik"
Xəbər verdiyimiz kimi, “Neftçi” ilə ardıcıl 2 dəfə çempionluq yaşayan Denis Silva yenidən bu komandaya qayıdıb. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına danışıb:
“Neftçi” ailəsi mənim üçün çox doğmadır. Burada ardıcıl iki dəfə çempionluq sevinci yaşamışam. Müqavilə ilə məxsus olduğum komanda icazə vermədiyi üçün yarım mövsüm “Neftçi”dən ayrı qaldım. Artıq həmin klubla müqavilə müddətim başa çatıb və azad futbolçu kimi yenidən “Neftçi” ilə müqavilə imzaladım. İnanıram ki, bu mövsüm üçüncü çempionluğu da bayram edəcəyik”.
