9 yanvar 2013 17:34

Valentin Xodukin: Bu, İnterin imicinə böyük zərbə vura bilər

“İnter”in Uşaq Gənclər Futbol Məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin müsahibəsində başçılıq etdiyi məktəbin fəaliyyətindən danışıb və digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Öncə bilmək istərdik, necə yaşayırsınız?
- Futbol ilə bağlı olan insanlar kimi yaşayırıq. Hər şey “İnter”in Uşaq Gənclər Futbol Məktəbinin qarşıdında dayanan tapşırıqlardan asılıdı. Hər bir işin öz zolaqları, yükü və gərginliyi var. Lakin yeni qərarlar axtarmaq üçün də zaman var. Futbol günlərimiz belədi. Düşünürəm ki, digər futbol məktəbləri, digər futbol təşkilatları da belə yaşayır. Normal yaşayırıq. Məktəbimiz futbol meydançalarıyla, inventar və digər lazımi avadanlıqlarla təmin olunub.
 
- “İnter” UGFM üçün ötən mövsüm kifayət qədər uğurlu oldu. Bu il də sizdən böyük uğurlar gözləyə bilərik?
- Bəli, ötən mövsüm bizim məktəb üçün kifayət qədər uğurlu oldu, bununla bağlı sizinlə razıyam. U-17 komandamız ölkə çempionu oldu. Bu isə Azərbaycan üçün əlamətdar nailiyyətdi. Bundan başqa, digər komandalarımız da mövsümü 2-ci və 3-cü yerlərdə başa vurdu. Deyim ki, ikinci yerdən biri 1-ci yerə dəyişəcəkdi, lakin mənasız səhvlər 2001-ci il təvəllüdlü futbolçulardan formalaşdırılmış komandamıza ölkə çempionu olmağa imkan vermədi. Bu komanda böyük işlər gördü və çempionluq onlar və məşqçiləri üçün sərf etdikləri əməyə görə mükafat olacaqdı. Ancaq təəssüf ki, finalda uduzduq. Bu il bizi gərgin mübarizə gözləyir. Biz anlayırıq ki, bu mövsüm daha ağır olacaq. Böyük uğura nail olmaq çox çətindi.
 
- Müxtəlif yaş kateqoriyalı uşaq komandalar beynəlxalq turnirlərdə iştirak edirlər. Bu mövsüm “Inter” UGFM komandalarının beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır?
- Mən beynəlxalq turnirlərə iki mövqədən yanaşıram. Birincisi, özünü göstərmək, ikincisi isə, xaricdə uşaqların necə oynadıqlarını görmək. Sözsüz, beynəlxalq turnirlər çox faydalıdı. Uşaqlar xarici klublarla güc nisbətini görürlər. Məşqçilər də işlərində tətbiq edə biləcəkləri anları müşahidə edirlər. Necə deyərlər - yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı. Ancaq mən gəzinti xarakterli turnirlərin tərəfdarı deyiləm. Elə turnirlər olmalıdı ki, uşaqlarımız kötək altına düşməsinlər. Bu planda çox ehtiyatlı olmaq lazımdı. Axı bu, “İnter”in imicinə və uşaqların psixikasına böyük zərbə vura bilər, uşaqlar həvəsdən düşərlər. Belə hallara differensial yanaşmaq lazımdı. Beynəlxalq turnirlərin arxasınca qaçmaq lazım deyil. Beynəlxalq turnirlərdə iştirak “İnter” üçün ehtiyatın yaradılması prosesinin bir hissəsi olmalıdı. Biz beynəlxalq turnirlərə bu nöqteyi-nəzərdən çıxış edərək baxırıq.
 
- “İnter” UGFM ölkədə qabaqcıl məktəblərdən biridir. Bu mövsüm məktəbdə hansı innovasiyaların və yeniliklərin tətbiqi planlaşdırılır?
- Hazırda bizim müxtəlif yaş qrupları üçün nəzəri məşğələləri əhatə edən tam dövrədən geniş istifadə etməyə başlamışıq. Nəzəri məşğələlərin dövrü metodiki xarakter daşıyır, onlar idraki istiqamət daşıyır. Biz uşaqlara futbolun müxtəlif aspektlərini öyrədirik, xüsusilə də  futbol meydanşasında necə davranmaq lazımdır, komanda yoldaşlarıyla necə qarşılıqlı fəalliyyət göstər zəruridir və s. Bu məşğələlər özündə taktiki düzülüşləri, müdafiədə oyunun təşkilini, müdafiədən hücuma keçməyi və əksinə, ehtiva edir. Biz uşaqlara oyun vəziyyətindən asılı olaraq meydançanın bu və ya digər hissəsində özünü göstərmək üçün futbolçunun hansı fərdi keyfiyyətlərə malik olması barədə danışırıq. Bunu əsasən yuxarı yaş qruplarına sıx şəkildə təlqin etməyə çalışırıq, ancaq demək istəyirəm ki, bu məsələdə artıq 1999-cu il təvəllüdlü uşaqlardan formalaşdırılmış komandalara da çatmışıq.  (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.