9 yanvar 2013 18:04
Neftçinın həkimi Türkiyədə sertifikat aldı (FOTO)
“Neftçi”nın həkimi Rahim Məhərrəmov Türkiyədə keçirilmiş seminarda iştirak edib. Azerisport.az xəbər verir ki, İstanbul şəhərində baş tutmuş ənənəvi tədbirə Türkiyə Super Liqasının, eləcə də digər liqalarda çıxış edən klubların həkimləri qatılıb.
Türkiyənin məhşur həkimləri seminar iştirakçılarına nəzəri və təcrübi məşğələlər keçiblər. Seminarın sonunda "Neftçi"nin həkimi Rahim Məhərrəmova Türkiyə Futbol Federasiyası prezidenti Yıldırım Dəmirörənin imzası ilə sertifikat verilib. Qeyd edək ki, seminar ənənəvi olaraq, hər il keçirilir. Seminarda sertifikat almayan həkimlər Türkiyə çempionatının oyunları üçün lisenziyadan məhrum olunur.
