9 yanvar 2013 18:19
Amit Quluzadə Qəbələyə keçir
“Rəvan”dan ayrılan Amit Quluzadə “Qəbələ”yə keçir. Azerisport.az xəbər verir ki, artıq onun karyerasını bölgə klubunda davam etdirəcəyi dəqiqləşib.
Tərəflər yaxın günlərdə rəsmi müqavilə bağlayacaqlar. Müqavilənin müddəti 1,5 il nəzərdə tutulub.
Maraq üçün qeyd edək ki, Quluzadə mövsümün ilk yarısı “Rəvan”da keçirsə də, Kemal Alispahiçlə münasibətləri qaydasında olmadığına görə paytaxt klubu ilə yollarını ayırmaq məcburiyyətində qalmışdı.
