9 yanvar 2013 20:43
Millimiz azarkeşlərin etimadını doğrulda bilmədi
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycanın futbol üzrə U-19 yığması Valentin Qranatkin turnirində neçənci yeri tutacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Sorğu yığmamıza bu turnirdə inamın çox olduğunu üzə çıxarıb. Belə ki, respondentlərin böyük əksəriyyəti - 42 faizi komandamızın çempion olacağını proqnozlaşdırıb. Lakin bu gün qrupdakı son oyununda Ukraynaya uduzmaqla qızıl medallar uğrunda mübarizə aparmaq şansını itirən təmsilçimiz sadəcə 9-12-ci yerlər uğrunda mübarizə apara biləcək.
Bu üzdən komandamızın 2-5-ci yerləri tutacağına dair proqnozlar da özünü doğrultmayıb. Nəticədə sadəcə komandamızın daha pis nəticə göstərəcəyini proqnoz edənlərin (16 faiz) gümanları doğrulub.
