10 yanvar 2013 00:02
Bakı rəqib axtarışlarını davam etdirir
“Bakı”nın məşqçilər korpusu Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı zamanı üç sınaq matçı keçirməyə qərar verib. Azerisport.az xəbər verir ki, artıq sınaqçı-rəqiblərdən ikisi məlumdu.
Belə ki, “zolaqlılar” yanvarın 19-da Almaniyanın “Dinamo” (Drezden), 27-də isə Xorvatiyanın “Osiek” klubu ilə qarşılaşacaq.
Üçüncü rəqibin axtarışı isə hələ də davam edir. Hazırda yalnız həmin görüşün yanvarın 26-na planlaşdırılması məlumdu.
