9 yanvar 2013 21:58
Millimizin Ukrayna ilə matçda ən yaxşı futbolçusu bəlli oldu (FOTO)
Sankt-Peterburqda keçirilən futbol üzrə Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edən Azərbaycan yığmasının Ukrayna ilə görüşdəki ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Şamil Camaləddinovdu.
Qeyd edək ki, yığmamız bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
