9 yanvar 2013 11:12
Rail Məlikovla Arif İsayev Denizlispora qələbə qazandırdı
Türkiyənin “Denizlispor” klubu qış fasiləsi dövründə növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Dənizli təmsilçisi bu dəfə Tanzaniyanın “Yanqa” klubu ilə qarşılaşıb.
Görüş Türkiyə klubunun qələbəsi ilə başa çatıb. Belə ki, “Denizlispor” rəqibini 2:1 hesabıyla məğlub edib.
Sözügedən qarşılaşmada iki azərbaycanlı futbolçu da iştirak edib. Belə ki, həm Rail Məlikov, həm də Arif İsayev ilk dəqiqələrdən meydanda olub.
