10 yanvar 2013 00:14
Qurban Qurbanov: Artıq millinin toplanışlarına öyrəşmişik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində Rauf Əliyevin komandadan gedişini dəyərləndirib, eləcə də transfer planlarından danışıb.
- Öncə Rauf Əliyevin komandadan gedişinə münasibətinizi bilmək istərdik...
- Bunu sakit qarşıladım. “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdu. Biz bunu həmişə sübut etmişik. Biri gedirsə, başqası gələcək. Futbolçu iş yerini dəyişə bilər. Bu, onun öz seçimidi. Bunu böyütməkdə bir məna görmürəm.
- Deməli, “Qarabağ” qışda yeni forvard alacaq?
- Hazırda bir neçə futbolçuyla maraqlanırıq. Amma hələ heç kimə konkret təklif ünvanlamamışıq. Təbii ki, komandanı gücləndirməyi düşünürük. Xüsusilə də yarımmüdafiə və hücum xəttini. Digər mövqelər barədə isə düşünmürük. Təlim-məşq toplanışı zamanı isə hər şey mümkündü.

- Antalyada neçə yoxlama oyunu keçirəcəksiz?
- Altı oyun olacaq. Hələlik dörd oyunla bağlı razılıq əldə etmişik. Qalan iki görüş üçün isə rəqib axtarışlarımız davam edir. Fevralın 3-də Bakıya qayıtmağı planlaşdırırıq.

- Bəxtiyat Soltanovla Emin İmaməliyev komandaya qayıdacaq?
- Onlar güclü futbolçulardılar. Amma istərdim ki, heç biri oyun təcrübəsindən əziyyət çəkməsinlər. Bizdə isə belə problemlə üzləşmələri istisna deyil. Özüm də onları ehtiyatda saxlamaq istəmirəm. Yəqin ki, onlarla maraqlanan klublardan birinə keçərlər.
- Azərbaycan yığmasının Dubay toplanışı sizin hazırlığınıza təsir etməyəcək ki?
- Əlbəttə, təsirsiz ötüşməyəcək. Lakin biz artıq millinin toplanışlarına alışmışıq. Buna görə də böyük ehtimalla fevralın 1-2-də komandamızın heyətində yalnız çox şans qazana bilməyən futbolçular meydana çıxacaqlar.

- Bu mövsüm komandanızın qarşısına hansı vəzifə qoyulub?
- Çempionluq əksər klubların hədəfidi. Bizim üçün bu, maksimum hədəfdi. Minimum vəzifəmiz isə avrokuboklara vəsiqə qazanmaqdan ibarətdi. Hələ çempionatın sonuna çox oyun qalır. Buna görə də indidən nəyisə prnqozlaşdırmaq çətindi.

- “Neftçi”nin Avropa Liqasındakı uğurununun növbəti mövsümdə təkrarlanması nə dərəcədə realdı?
- Mən istərdim ki, “Neftçi”nin bu uğurunu bütün klublarımız təkrarlasınlar. Məsələn, bu mövsüm “İnter”in bəxti gətirmədi, penaltilərlə uduzdular. “Xəzər Lənkəran” və “Bakı” da pis çıxış etmədilər. Arokubokların qrup mərhələsində bir neçə klubumuzun çıxış etməsini istərdim. Amma biri də olsa, buna ancaq sevinmək lazımdı.