10 yanvar 2013 00:31
Maris Verpakovski Bakıdan ayrılmayıb?
Xəbər verdiyimiz kimi, “Bakı” ötən gün klubun bazasında bir araya gələrək, yeni ildə ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri ilə yanaşı artıq paytaxt klubundan uzaqlaşdırılan futbolçulardan da bu məşqə qatılanlar olub.
Belə ki, Maris Verpakovski ilə Duje Bakoviç də hazırda “zolaqlılar”ın düşərgəsindədi. Halbuki, klub rəhbərliyi və məşqçilər korpusu bundan sonra onların komandada qalmasını istəmir. Sadəcə, Verpakovski ilə Bakoviç hazırda “Bakı” ilə bütün hüquqi məsələləri yoluna qoymaq, transfer vərəqələrini almaq üçün Azərbaycandadılar.
