10 yanvar 2013 00:08
Yığmamızın növbəti rəqibi Yunanıstan oldu
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının Sankt-Peterburqda təşkil olunan Valentin Qranatkinin xatirə turnirindəki növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Arif Əsəddovun yetirmələri 9-12-ci yerlər uğrunda mübarizədə ilk öncə Yunanıstanla üz-üzə gələcək.
Çünki yunanlar da B qrupunda 3-cü yeri tutublar. Xatırladaq ki, Azərbaycan millisi də A qrupunda üçüncü olub.
Yunanıstan – Azərbaycan matçı yanvarın 12-də keçiriləcək.
