10 yanvar 2013 01:56
Kəpəz daha beş futbolçusu ilə yollarını ayırdı
“Kəpəz” qış fasiləsi zamanı təmizləmə siyasətini davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu bu dəfə yerli futbolçulara qapını göstərib.
Belə ki, baş məşqçi Mahmud Qurbanov Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadənin də xidmətindən imtina edib. Onlar komandadan uzaqlaşdırılıblar.
Qeyd edək ki, “Kəpəz” bundana öncə legioner futbolçular – İvan Radoş, Arsen Ondobo, Bujamin Asani və Yuri Fomenko ilə yollarını ayırmışdı. Bundan əlavə icarə müddəti başa çatan “Qarabağ”lılar – Emin İmaməliyev və Bəxtiyar Soltanov da bölgə klubu ilə əməkdaşlığa son qoymuşdular.
