9 yanvar 2013 11:39
Yığmamızın futbolçusu iki həftəliyə sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Hannover” klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, millimizin üzvü iki həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Gökdəmir yenicə “Hannover”in əsas komandasının düşərgəsinə qoşulmuşdu. O, Hollandiyanın “Herenven” klubu ilə yoxlama matçında sıradan çıxmışdı.
