9 yanvar 2013 11:47
Qarabağ bu gün hazırlıqlara start verəcək
Ağdamın “Qarabağ” klubu bu gündən etibarən hazırlıqlara start verir. Azerisport.az xəbər verir ki, dekabrın 20-dən istirahətə buraxılan əyalət təmsilçisi bu gün birbaşa Türkiyəyə yollanacaq.
Antalya şəhərində məskunlaşacaq “Qarabağ”ın təlim-məşq toplanışı 26 gün davam edəcək. Komanda fevralın 3-də vətənə qayıdacaq.
