9 yanvar 2013 12:35
Millimizin rəqibinin iki oyununun başlanma vaxtı müəyyənləşdi
DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda millimizlə birgə mübarizə aparan Şimali İrlandiya yığmasının öz meydanında keçirəcəyi iki oyunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Şimali İrlandiya millisinin martın 22-də Rusiya, martın 26-da isə İsrail yığması ilə qarşılaşmaları yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.
Hər iki oyun Belfast şəhərindəki Windsor Park stadionunda keçiriləcək.
