9 yanvar 2013 12:58
Qəbələ Rauf Əliyevə 2,5 illik müqavilə təklif etdi
“Qəbələ” “Qarabağ”la yollarını ayıran Rauf Əliyevə müqavilə təklif edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi millimizin forvardı ilə 2,5 illik müqavilə bağlamaq istəyir.
Lakin Əliyev hələ bu təklifə cavab verməyib. O, bölgə klubunda oynamağa razılaşsa, tərəflər yaxın günlərdə münasibətlərini rəsmiləşdirəcəklər.
Qeyd edək ki, Rauf Əliyevin “Qarabağ”la bu mövsümün sonunadək müqaviləsi var. O, başqa kluba keçəcəyi halda ağdamlıların kompensasiya tələb etmək hüququ var.
