9 yanvar 2013 13:41
“Bizi yalnız qızıl medallar qane edir”
“Neftçi” qış fasiləsi hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına danışıb:
“Mövsümün birinci yarısı 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu. Bununla belə qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik. 11 yanvar tarixindən etibarən hazırlığımızı Türkiyədə davam etdirəcəyik. Məqsədimiz, Premyer Liqanın qalibi olmaqdır. Bizi yalnız qızıl medallar qane edir”.
